Gürcüstanda “Hepatit B”yə qarşı pulsuz dərman veriləcək
15 İyul 2024 13:10 DünyaGürcüstanda sentyabrdan başlayaraq vətəndaşlara "Hepatit B"yə qarşı ödənişsiz dərman veriləcək.
Olaylar xəbər verir ki, bu barədə məlumatı "Sputnik Gürcüstan" yayıb.
Bildirilir ki, ən son məlumata görə, ölkədə 80 min insan bu xəstəlikdən əziyyət çəkir.
İnfeksionist Maya Buçaşvilinin sözlərinə görə, pasiyentlərin pulsuz əldə edəcəkləri dərmanlar bahadır demək olar ki, yan təsirləri yoxdur. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31