Qərbin dəstəyi Ukrayna Silahlı Qüvvələrinə kömək etmədi- ÖZƏL

"Qərbin Kiyevə silah tədarükü, anti-Rusiya sanksiyaları və diplomatiyadan imtina ilə bağlı seçdiyi strategiya münaqişənin həllinə kömək edə bilməz. Qərbin dəstəyi Ukrayna Silahlı Qüvvələrinə kömək etmədi və Ukraynada sülhü yaxınlaşdırmadı".

Olaylar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. 

Szijarto son illərdə Avropa və Amerika strategiyalarını tənqid edib. Nazirin sözlərinə görə, diplomatik kanalların və dialoqun bərpası sülhün bərqərar olması üçün daha böyük şans verir. O, danışıqlar masası arxasında həll yollarının tapılmasının və dinc dialoqun legitimliyinin bərpasının vacibliyini vurğulayıb.

Xarici işlər naziri həmçinin ABŞ və Aİ-ni gərginlikdənsə sülhə doğru irəliləməyə çağırıb. Szijarto ABŞ prezident seçkilərinin bu məsələyə həlledici təsir göstərə biləcəyini istisna etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31