İsrail radikalları məhv etmək üçün Qəzzada məktəb ərazisini vurduğunu bildirib - ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzzanın Nuseyrat düşərgəsindəki məktəbi, orada gizlənən fələstinli radikalları hədəf alan əraziyə zərbə endirib.

"Bir müddət əvvəl IDF və ISA kəşfiyyat məlumatlarına əsaslanaraq, IAF Nuseyratdakı UNRWA-nın Əbu Oraiban məktəbi binası ərazisində fəaliyyət göstərən bir sıra terrorçulara zərbələr endirib.

Bu yer sığınacaq və əməliyyat infrastrukturu rolunu oynayıb, buradan Qəzza zolağında fəaliyyət göstərən İDF hərbçilərinə qarşı hücumlar istiqamətləndirilib və həyata keçirilib" - bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31