Koloradoda H5N1 quş qripi virusu- ÖZƏL

Koloradoda quşçuluq işçiləri arasında H5N1 quş qripi virusunun dörd yoluxması təstiqlənib  və mümkün beşinci yoluxma araşdırılır. 

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" səhiyyə orqanlarına istinadən yazır.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) görə, insanların H5N1 quş qripi virusuna yoluxması ciddi xəstəliklərə səbəb ola bilər və hətta virus mutasiyaya uğrayaraq onun insandan insana keçmə qabiliyyətini artırarsa, pandemiyaya səbəb ola bilər.

Dövlət Səhiyyə Departamenti, CDC-nin Koloradoda dörd yoluxmanı təsdiqlədiyini, beşinci yoluxmanın dəqiq təsdiqlənmədiyini bildirib. CDC məsələni araşdırmaqda davam edir.

Açıqlamada deyilir ki, nümunələr şənbə günü dövlət laboratoriyasında beşinci işçidən götürülüb. Onlar ilkin test edib və nümunələr son təsdiq üçün CDC-yə göndərilib.

Tibbi hesabatlar göstərir ki, yoluxmuş işçilərin konjonktivit və ya tənəffüs simptomları kimi yüngül simptomları var, lakin heç biri xəstəxanaya yerləşdirilməyib.

Xatırladaq ki, hələ 2024-cü ilin may ayında ABŞ-da mal-qara və quşlarda quş qripi epidemiyasının riskləri haqqında yazmışdılar. Səhiyyə orqanları çox sayda insanın pasterizə olunmamış süd içməyə başlamasından narahatdır, çünki bu xəstəliyin yayılmasına səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31