Husi lideri Pezeşkiana zəng etdi, dəstək aldı
15 İyul 2024 11:39 DünyaYəmən husilərinin Ali Siyasi Şurasının sədri Mehdi Əlmuşat İran Prezidenti Məsud Pezeşkiana zəng edib.
Olaylar xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Əlmuşat İran prezidenti vəzifəsinə seçilməsi münasibətilə Pezeşkianı təbrik edib və İran rəhbəri Əli Xameneinin Fələstini müdafiə etməsini təqdir edib.
"Biz də rəhbərin Yəmən və Fələstin xalqını dəstəkləmək istiqamətindəki cəsarətli qərarını alqışlayırıq", - Məsud Pezeşkian ona cavab verib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31