Trampa atəş açan şəxslə bağlı incə detal

ABŞ-nin sabiq prezidenti Donald Trampa atəş açan Tomas Metyu Kruks Klerton şəhərində (Pensilvaniya ştatı) yerləşən atıcılıq klubunun üzvü olub.

Olaylar xəbər verir ki, bu barədə atıcılıq klubunun prezidenti Bill Sellitto məlumat verib.

"Sözsüz ki, klub dünən baş vermiş zorakılıq aktını birmənalı olaraq pisləyir", - deyə o vurğulayıb.

Lakin atıcılıq klubunun rəhbərliyi hüquq-mühafizə orqanlarının hazırda araşdırma apardığını əsas gətirərək sözügedən mövzuda əlavə şərh verməkdən imtina edib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31