Tramp və Fikoya qarşı cəhdlər eyni zəncirin halqalarıdır- ÖZƏL

"ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd cəhdləri eyni zəncirin halqalarıdır".

Olaylar.az xəbər verir ki, bu fikri Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə Komissiyasının sədri Vladimir Roqov deyib.

Onun sözlərinə görə, "qlobalistlər" tərəfindən öz xalqının milli maraqlarını müdafiə edən siyasətçiləri kənarlaşdırmaq cəhdləri var. Roqov qeyd edib ki, Trampın artıq təhlükəsiz olduğu vaxt atıcının məhv edilməsi ilə bağlı suallar yaranır. Naməlum şəxsin silahla damın üstünə çıxması barədə təhlükəsizlik qüvvələrinə məlumat verilsə də, heç bir reaksiya verilməməsi eksperti də çaş-baş salıb.

"Mən çox şübhə edirəm ki, sui-qəsd cəhdi tək başına təşəbbüs olub", - Roqov qeyd edib.

Trampa sui-qəsd cəhdi iyulun 14-də Pensilvaniyada seçki kampaniyası zamanı baş verib. Hücum edən şəxs tüfəngdən bir neçə dəfə atəş açıb, nəticədə eks-prezident qulağından yaralanıb. Güllə respublikaçının başından bir santimetr keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31