Tramp sui-qəsddə ölsəydi, nə baş verəcəkdi?

ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd nəticəsində öldürülsəydi, bu, ölkədə qan tökülməsinə və vətəndaş iğtişaşlarına səbəb olardı.

Olaylar bildirir ki, bu sözləri beynəlxalq hüquqşünas Klayn Preston deyib.

"Tramp ölsəydi, ölkə çox təhlükəli vəziyyətdə olardı, çünki biz indi son dərəcə parçalanmışıq", - o, RT-yə müsahibəsində bildirib.

Preston qeyd edib ki, bu, Trampın həyatına ilk real sui-qəsd cəhdidir:

"Bunun sonuncu olduğu ortaya çıxsa, çox təəccüblənəcəyəm. Düşünürəm ki, hər şey yeni başlayır". (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31