Türkiyənin 75 vilayətində əməliyyat: 1819 nəfər saxlanıldı
13 İyul 2024 12:00 DünyaSon 5 gündə Türkiyənin 75 vilayətində silah qaçaqmalçılığına qarşı "Mercek-21" əməliyyatı keçirilib.
Olaylar xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkədə hesabında bildirib.
O qeyd edib ki, 1819 nəfərin şübhəli şəxs qismində saxlanıldığı əməliyyatlar zamanı müxtəlif markalı silah və sursatlar müsadirə edilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31