Rusiya Federasiyasının Dövlət Duması yeni qanun layihəsinə baxmağa başlayıb- ÖZƏL
13 İyul 2024 11:50 DünyaRusiya Federasiyasının Dövlət Duması rusiyalı uşaqların övladlığa götürülməsinə və ya cinsiyyət dəyişdirməyə icazə verən ölkələrin vətəndaşlarına qəyyumluq verilməsinə qadağan gətirən qanun layihəsinə baxmağa başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə şənbə günü, iyulun 13-də parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin məlumat verib.
Parlamentari belə bir təşəbbüsün "geniş dəstək" qazandığını qeyd edib. Onun sözlərinə görə, qanun layihəsi ənənəvi dəyərlərin və uşaqlığın qorunmasına yönəlmiş dövlət siyasəti çərçivəsində "düzgün və məntiqli addım" olacaq.
Volodin xatırladılıb ki, Rusiya daha əvvəl qeyri-ənənəvi münasibətlərin təbliğini, pedofiliyanı və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun qəbul edib.
"Bu ölkələrdə övladlığa götürülmüş uşaqların cinsiyyətinin dəyişdirilməsi kimi mümkün təhlükələrin aradan qaldırılması son dərəcə vacibdir", - deyə parlamentari Telegram kanalında yazıb.
Xatırladaq ki, bir il əvvəl Rusiya Federasiyasının Dövlət Duması cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun qəbul etmişdi. Volodinin o zaman da qeyd etmişdi ki, belə bir sənədin qəbulu Rusiya sakinlərinin, ilk növbədə yetkinlik yaşına çatmayanların hüquqlarını qorumaq məqsədi daşıyır.