İrəvandan üzvlük haqqı alınacaq- ÖZƏL
13 İyul 2024 11:50 Dünya"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünü dondurmaq qərarına baxmayaraq, İrəvandan üzvlük haqqı alınacaq".
Olaylar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev təşkilatın gələn il üçün büdcəsini şərh edərkən deyib.
"2025-ci ilin büdcə layihəsinə baxılacaq və ona uyğun olaraq bütün maddələr hesablanacaq. Bu məbləğin 10 faizi Ermənistana veriləcək", - Rusiya nümayəndəsi bildirib.
KTMT Kollektiv Təhlükəsizlik Şurasının "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarına əsasən, Ermənistandan 53,22 milyon rubl üzvlük haqqı alınacaq.
Vasilyev qeyd edib ki, rüsumun ödənilib-ödənilməməsi ilə bağlı qərar yalnız Ermənistan rəhbərliyinin "siyasi iradəsi" ilə veriləcək.
Xatırladaq ki, bu ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakını dayandırdığını və "bundan sonra nə olacağını görəcəyik" demişdi. May ayında respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan İrəvanın 2024-cü ildə təşkilatın işinin maliyyələşdirilməsində iştirakdan imtina etdiyini açıqlamışdı.