Yunan tanrısının heykəli kanalizasiyadan tapıldı - FOTO

Qədim Roma kanalizasiyasında yunan tanrılarından birinin təsvir olunduğu düşünülən heykəl aşkar edilib.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, arxeoloqlar Bolqarıstanın cənub-qərbindəki Heraklea Sintica qədim şəhərində qazıntı aparıblar.

Qazıntlar zamanı aşkar edilən heykəlin Qədim Yunan tanrılarından biri olan Hermesi təsvir etdiyi güman edilir. Alimlər bildirirlər ki, şəhər eramızın 4-cü əsrinin sonlarında baş verən zəlzələ nəticəsində dağılıb və artıq 500-cü ildə tamamilə tərk edilib.

Təxminən 2 metr hündürlüyündə olan heykəlin kanalizasiyaya qoyularaq üstünü torpaqla örtməklə qorunulduğu güman edilir. Lakin bu, köhnə inancların simvolik olaraq rədd edilməsi kimi də şərh edilə bilər.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31