Xaçatryanın mülkü müsadirə olundu

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki mülkü müsadirə olunub.

Olaylar.az axar.az-a istinadən bildirir ki,  bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, evin satışından əldə ediləcək gəlirin böyük hissəsinin Ermənistana qaytarılması üçün ABŞ-ın səlahiyyətli orqanları ilə danışıqlar aparılır.

Qeyd edək ki, ABŞ məhkəməsinin qərarı ilə həmin mülk cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31