Bu ölkədə ildırım vurması nəticəsində 12 nəfər ölüb
8 İyul 2024 16:27 DünyaHindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində 12 nəfər həlak olub.
Olaylar xarici KİV-lərə istinadən xəbər verir ki, son 24 saat ərzində leysan yağışları və ildırım çaxması ilə müşayiət olunan tufan yeddi rayona təsir edib.
Məlumata görə, ildırım vuran insanların çoxu tarlalarda işləyən və yağış zamanı ağacların altına sığınanlar olub.
Qeyd edək ki, hər il musson mövsümünün başlaması ilə Hindistanda yüzlərlə insan ildırım vurması nəticəsində ölür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31