Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.

Olaylar xəbər verir ki, bu barədə məlumatı Paşinyan öz teleqram kanalında paylaşıb. 

Onun sözlərinə görə, iclas zamanı ölkənin Silahlı Qüvvələrində cari islahatlar, vahid avtomatlaşdırılmış idarəetmə sisteminə keçid, eləcə də bioloji təhlükəsizliyə dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının sonuncu iclası fevralda baş tutub. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31