Amerikanın “Time” jurnalı Baydenin Trampla debatdakı uğursuzluğuna reaksiya verib- ÖZƏL

Amerikanın "Time" jurnalı ABŞ-ın hazırkı prezidenti Co Baydeni üz qabığına qoyub və "çaxnaşma" başlığını əlavə edib. 

Olaylar.az xəbər verir ki, təqdimat jurnalın sosial şəbəkədəki X səhifəsində dərc edilib.

ABŞ rəhbəri əvvəllər seçkiqabağı teledebatlarda əvvəlki kimi yaxşı olmadığını etiraf edib, lakin qeyd edib ki, o, hələ də özünü dövlət başçısı vəzifəsinə ən yaxşı namizəd hesab edir.

Öz növbəsində ABŞ Konqresinin Nümayəndələr Palatasında prezident Co Baydenin hakimiyyətdən uzaqlaşdırılması təklifi irəli sürülüb. Nazirlər Kabinetinin üzvlərini vəziyyətlə bağlı "düşünməyə" çağırılıb, çünki ABŞ Konstitusiyasına prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi imkanını nəzərdə tutan 25-ci düzəlişin tətbiqi mümkündür.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Seçki mübarizəsində əsas rəqiblər hazırkı dövlət başçısı, demokrat Co Bayden, eləcə də keçmiş Amerika lideri, respublikaçı Donald Trampdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31