Qırğızıstanda sel nəticəsində 1300-ə yaxın insanın xarici dünya ilə əlaqəsi kəsilib- ÖZƏL

Qırğızıstanda dağıdıcı sel səbəbindən 1300-ə yaxın insanın xarici dünya ilə əlaqəsi kəsilib. 

Olaylar.az xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İdarədən verilən məlumata görə, Abşır-Ata kəndində sel 2 körpünü və on elektrik xətti dayağısını söküb. Yüzdən çox ev təhlükə altındadır. Hazırda işlərə həkim və psixoloqlar da daxil olmaqla azı 637 nəfər cəlb olunub.

Qeyd olunur ki, Qırğızıstanın Nookat bölgəsində sel nəticəsində azı 5 nəfər ölüb. Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, ölən və yaralananların sayı ilə bağlı məlumat hələ də dəqiqləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31