İranla 7 cəbhədə savaşırıq - Netanyahu
28 İyun 2024 16:10 DünyaHazırda biz İrana qarşı yeddi cəbhədə vuruşuruq, bu cəbhələr HƏMAS, Hizbullah, Husi, o cümlədən İraq və Suriyadakı proksi qüvvələr, İordan çayının qərb sahili və İranın özündədir.
Olaylar xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netaniyahu deyib.
O, İranın proksi qüvvələr vasitəsilə Orta Şərqi istila etmək niyyətində olduğunu deyib:
"Bu cəbhə (İran və ona bağlı qüvvələr) Yaxın Şərqi fəth etmək üçün irəliləyir, müxtəlif cəbhələrdən raket və quru hücumları vasitəsilə Səudiyyə Ərəbistanında iğtişaş törətməyi və İordaniya Krallığını devirməyi planlaşdırır". (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31