Kreml Fransada keçirilən parlament seçkilərini şərh edib- ÖZƏL

Fransada keçirilən parlament seçkilərinin nəticəsi Rusiyanı maraqlandırır, ona görə də baş verənləri izləyir.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Fransa Avropanın ən böyük ölkələrindən biridir. Və təbii ki, seçki kampaniyasının nəticəsi bizim üçün maraqlıdır", - Peskov Kremlin Fransada seçki kampaniyasının gedişini izləyib-izləmədiyi sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Moskva bəzi siyasi qüvvələr arasında populyarlığın itirilməsi və digər siyasi qüvvələr arasında populyarlığın artması ilə bağlı dinamikanın olduğunu görür. Mətbuat katibi qeyd edib ki, ilk növbədə, bu, Fransanın daxili işidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31