Peskov: ABŞ seçkiləri ölkənin daxili işidir və Putin üçün aktual deyil- ÖZƏL
28 İyun 2024 14:55 DünyaABŞ-da prezident seçkiləri ştatların daxili işidir və Rusiyada gündəmdə deyil.
Olaylar.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
O, həmçinin qeyd edib ki, amerikalı namizədlər Co Bayden və Donald Tramp arasında debat Rusiya prezidenti Vladimir Putin üçün aktual deyil.
"Düşünmürəm ki, siz Rusiya prezidentinin zəngli saat qurub, səhər oyanıb ABŞ-dakı debatlara baxa biləcəyini gözləyəsiniz. Bunlar Prezidentimizin üzərində durduğu məsələlərdir. ABŞ-dakı debatlar gündəlikdəki əsas məsələlər kateqoriyasına aid deyil", - Peskov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31