Polşa hətta təlim missiyalarında belə Ukraynaya hərbi personal göndərməyi planlaşdırmır- ÖZƏL
28 İyun 2024 12:46 DünyaPolşanın Ukraynaya hətta təlim missiyaları üçün də hərbi personal göndərmək planı yoxdur.
Olaylar.az xəbər verir ki, nu barədə Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.
"Polşa öz mövqeyindədir, bizim fikrimiz belədir: biz artıq Polşada 20 mindən çox hərbçi hazırlamışıq. Hər şey yaxşı gedir", - Polşa baş nazirinin müavini bildirib.
O, həmçinin qeyd edib ki, NATO-nun Vaşinqtonda keçirilən konfransından sonra alyans Kiyevə yardımın koordinasiyası üçün daha böyük məsuliyyət daşıyacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31