Turist Vezuvi dağına dırmaşarkən ölüb- ÖZƏL

56 yaşlı britaniyalı Mark İrvin bazar günü, iyunun 23-də son günlər temperaturun 40°C-ə çatdığı Vezuvi dağına dırmaşarkən həyat yoldaşı və uşaqlarının gözü qarşısında ölüb. 

Olaylar.az xəbər verir ki, ölümün şübhəli səbəbi infarktdır. 

Mərhumun həyat yoldaşının bildirib ki, mərhum iki-üç ay əvvəl ürəyindən əməliyyat olunub. Həmin gün turist qrupunu müşayiət edən bələdçilər turisti xilas etmək üçün yarım saat çalışsalar da, cəhdləri boşa çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31