Ukrayna və Avropa İttifaqı arasında saziş imzalandı
27 İyun 2024 17:35 DünyaBrüsseldə Ukrayna və Avropa İttifaqı arasında təhlükəsizlik sazişi imzalanıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, sazişi Ukrayna tərəfindən Prezident Vladimir Zelenski, Aİ tərəfindən isə Aİ Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen imzalayıb.
Şarl Mişel "X" hesabında bildirib ki, sazişdəki öhdəliklər Ukraynaya özünü müdafiə etməyə, sabitliyin pozulmasına qarşı durmağa və gələcək təcavüz aktlarının qarşısını almağa kömək edəcək.
"Bu, Aİ-nin Ukraynanı uzun müddət dəstəkləməkdə sarsılmaz qətiyyətinin daha konkret sübutudur", - Şarl Mişel əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31