Nigerdə onlarla insan həlak oldu, matəm elan edildi
26 İyun 2024 10:27 DünyaNigerin cənub-qərbində yaraqlıların hücumu nəticəsində 20-dən çox insan həlak olub, daha 9 nəfər yaralanıb.
Olaylar bildirir ki, bu barədə "Agency France Presse" (AFP) məlumat yayıb.
Məlumata görə, hadisə Tillaberi regionunda Tera departamentində baş verib. Silahlı terror qruplaşması tərəfindən törədilən hücumun qurbanları 20 hərbçi və 1 mülki şəxsdir.
Hadisə ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31