Türkiyə səhəri zəlzələ ilə açdı
26 İyun 2024 09:43 DünyaTürkiyənin Bingöl şəhərində 4 bal gücündə zəlzələ baş verib.
Olaylar xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 11,12 km dərinlikdə yerləşib.
Zəlzələ Bakı vaxtı ilə saat 08:42-də qeydə alınıb.
Təkanlar ətraf rayonlarda da hiss olunub.
Tələfat və dağıntı barədə məlumat verilməyib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31