Rusiyada elmi-tədqiqat institutunda yanğın - altı nəfərin meyiti tapılıb
25 İyun 2024 14:37 DünyaMoskva vilayətinin Fryazino şəhərində yanğın yerindəki binada altı nəfərin meyiti tapılıb.
Olaylar xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən bildirilib ki, Fryazinoda baş verən yanğında altı nəfər ölüb. Həmçinin qeyd edilib ki, ölənlərin sayının dəqiqləşdirilməsi istiqamətində işlər görülür.
İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən isə yanğına elektrik naqillərində baş verən nasazlığın səbəb olduğu bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən yayılan xəbərə görə, yanğın tamamilə söndürülüb.
Qeyd edək ki, dünən hadisə zamanı doqquz nəfərin öldüyü bildirilmişdi. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31