Dünyada ilk: Ayın görünməyən tərəfindən torpaq gətirildi
25 İyun 2024 14:02 DünyaÇinin Ayın görünməyən tərəfinə göndərdiyi Çanye-6 kosmik gəmisi uğurla eniş edib.
Olaylar xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, kosmik gəmi dünya tarixində ilk dəfə olaraq Ayın görünməyən tərəfindən Yerə torpaq nümunələrini gətirib.
Qeyd edək ki, Çanyan-6 mayın 3-də Çinin Vençan kosmodromundan buraxılmışdı. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31