İndoneziya məlumat mərkəzinə kiberhücum olub
25 İyun 2024 10:29 DünyaKibercinayətkarlar İndoneziyanın milli məlumat emalı mərkəzinin şifrəsini qıraraq 8 milyon dollar tələb ediblər.
Olaylar-ın məlumatına görə, bu barədə "Antara" dövlət informasiya agentliyi ölkənin rabitə naziri Budi Ari Setiadiyə istinadla məlumat yayıb.
Bildirilir ki, avtomatlaşdırılmış maşınların işləməyə davam etməsinə baxmayaraq, hücum ötən həftə hava limanlarında bəzi dövlət xidmətlərinin işini pozub.
Nazir bildirib ki, cinayətkarlar "Lock Bit 3.0" adlı mövcud zərərli proqramın yeni versiyasından istifadə ediblər. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31