ABŞ Almaniyadakı ordusunu bu ölkələrə göndərə bilər

ABŞ hakimiyyəti Almaniyadakı qoşunlarının bir hissəsini Şərqi Avropa ölkələrinə, o cümlədən Polşa, Slovakiya, Çexiyaya və Asiya-Sakit okean regionuna köçürməlidir.

Olaylar xəbər verir ki, bu fikirləri CBS telekanalında ABŞ-ın 45-ci prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi olmuş Robert Obrayen deyib.

Obrayenin sözlərinə görə, ABŞ güclü hərbi-dəniz qüvvələrini Quam, Havay, Filippin adalarına, həmçinin Avstraliyaya yerləşdirsə, bu, Çinin mümkün işğalına qarşı açıq siqnal olacaq:

"Bizim etməli olduğumuz ilk şey Çinin və Kommunist Partiyasının Tayvanı işğal etməsinin qarşısını almaqdır". (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31