Peskov: Rusiya silah-sursatın Serbiyadan Ukraynaya gəlib-gəlmədiyini anlayacaq- ÖZƏL

Serbiya ilə təmasda olan Rusiya Belqradın Ukraynaya çatdığı iddia edilən sursat ixracı ilə bağlı vəziyyəti araşdıracaq. 

Olaylar.az xəbər verir ki, bu barədə Kremlin  rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

"Biz cənab Vuçiçin bu bəyanatlarını gördük və eşitdik, serb dostlarımızla təmasda bu mövzu ilə məşğul olacağıq", - Peskov bildirib.

Bundan əvvəl "Financial Times" Serbiyanın uzun müddətdir ki, Qərbə sursat satdığını, daha sonra isə Ukraynaya göndərildiyini bildirmişdi. KİV-in məlumatına görə, sonradan Kiyevə ötürülən mərmilərin ümumi ixrac həcmi təxminən 800 milyon avro təşkil edib. Bu rəqəmi Serbiya prezidenti Aleksandr Vuçiç də təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31