Rusiya və Kamboca tarixdə ilk hərbi müqavilə imzaladılar- ÖZƏL
24 İyun 2024 12:21 DünyaRusiya quru qoşunları və Kral Kamboca Ordusu anlaşma memorandumu imzalayıb.
Olaylar.az xəbər verir ki, bu məlumatı "Khmer Times" portalı yayıb.
"Kamboca və Rusiya silahlı qüvvələrinin komandirləri anlaşma memorandumu imzalayıblar", - nəşr Kamboca ordusunun bəyanatına istinadən xəbər verir.
Aydınlaşdırılır ki, bu, iki dövlət arasında tarixdə ilk hərbi müqavilədir. Sənədi Kral Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini və Kamboca Kral Ordusunun komandanı Mao Sophan və Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ali Baş Komandanı Oleq Salyukov imzalayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31