Türkiyədə "Starbucks" və "Burger King" filiallarına hücum ediildi - VİDEO
24 İyun 2024 10:42 DünyaTürkiyənin Diyarbakır şəhərində İsrail əleyhinə etiraz edən bir qrup şəxs "Starbucks" və "Burger King" filiallarına hücum edib.
Olaylar bildirir ki, Kayapınar ərazisində Mahabad bulvarında yerləşən "Starbucks" filialı və Sur küçəsində yerləşən "Burger King" filialı naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Hücumlar nəticəsində bu müəssisələrə xeyli maliyyə zərəri dəyib.
Müəssisələrə ziyan vuran qrupun İsrail əleyhinə şüarlar səsləndirdiyi qeyd edilib. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31