Netanyahunun müşaviri Ermənistanı təhdid etdi

İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman Fələstini dövlət kimi tanıdığına görə Ermənistanı təhdid edib.

Olaylar.az APA-ya istinadən bildirir ki, Gendelman bu barədə özünün "Telegram" hesabında yazıb.

Onun sözlərinə görə, "Fələstinin müstəqilliyini tanıması Ermənistanın terrorçulara, HAMAS qatillərinə və buradakı digər qruplaşmalara mükafatıdır".

"Bu addım uzunmüddətli perspektivdə İsrail-Ermənistan münasibətlərinə ciddi təsir göstərəcək", - o qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi Fələstinin müstəqilliyini rəsmən tanındığı barədə bəyanat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31