Kreml Moldovanın Aİ-yə daxil olmasını şərh edib- ÖZƏL
21 İyun 2024 15:20 DünyaMoldovanın Avropa İttifaqına daxil olması Kişinyov üçün suveren məsələdir, lakin icmaya qoşulma prosesi tez getmir.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Avropa İttifaqına üzvlük sürətli proses deyil, bu, hər bir dövlət, o cümlədən Moldova üçün suveren məsələdir", - Kreml nümayəndəsi vurğulayıb.
Xəbər verdiyimiz kimi, iyunun 21-də Moldova Prezidenti Maia Sandu respublikanın Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirdiyini qeyd edərək, Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması haqqında fərman imzalayıb. O, aydınlaşdırıb ki, namizəd statusu aldıqdan iki il sonra Moldova ilə Aİ arasında ilk hökumətlərarası konfrans iyunun 25-də baş tutacaq. Baş nazirin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova Kişinyovdan danışıqlar aparan şəxs təyin edilib.