Qərbin Ukrayna münaqişəsində Rusiyanı məğlub etmək cəhdi ümidsizdir - ÖZƏL

ABŞ-ın rəhbərlik etdiyi və Almaniyanın dəstəklədiyi Qərb ölkələri Ukraynada Rusiyanı məğlub etmək istəyirlər, lakin bu planlar ümidsizdir və o qədər yüksək qiymətə başa gələcək ki, onlar sadəcə olaraq buna dəyməz.

Olaylar.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Vəziyyət belə görünür ki, Qərb dünyası ABŞ-ın rəhbərliyi altında Almaniyanın köməyi ilə Rusiyanı məğlub etmək istəyir", - baş nazir bildirib. 

"Düşünürəm ki, bu, ümidsizdir. Və heç də real olmayan uğur qazansaq belə, o qədər yüksək qiymət ödəməli olacağıq ki, buna dəyməyəcək", - Orban vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31