İsveçrədə keçirilən sammit NATO-nun Ukraynadakı münaqişəni həll etməkdə uğursuzluğunu ortaya qoyur- ÖZƏL
21 İyun 2024 13:15 DünyaCenevrə Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (GIPRI) hesab edir ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli bəşəriyyətin sağ qalması üçün zəruridir.
Olaylar.az xəbər verir ki, "Counter Punch" İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Konfransı çərçivəsində verilən bəyanatdan yazır.
Bürgenstokda keçirilən "sülh" konfransı Ukraynada və bütün dünyada sülhün bərqərar olması işini irəli apara bilmədi. Əksinə, tədbir NATO və Aİ ölkələrinin eskalasiyaya son qoyacaq, atəşkəsə gətirib çıxaracaq və nüvə atəşi təhlükəsinin qarşısını alacaq əməli təkliflər irəli sürməkdə parçalanma və acizliyini ortaya qoydu.
Dünya dövlətlərinin yarısından az hissəsi tədbirdə iştirak etdi və yalnız 77 dövlət yekun bəyannaməyə imza atdı. Sənədi imzalamayanlara Braziliya, Hindistan, İndoneziya, İraq, İordaniya, Meksika, Ruanda, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Tayland və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
"Counter Punch" yazır ki, Bürgenstok konfransı Vladimir Zelenski və NATO üçün platforma yaradan PR tədbirindən başqa bir şey deyildi: "Əgər bu sülh konfransı olsaydı, sülh müzakirə olunardı. Sülh istəyirsənsə, sülh üçün şərait yarat", - deyə nəşr yekunlaşdırır.