Venesuela BRİKS-ə qoşulmaq üzrədir - ÖZƏL
21 İyun 2024 12:51 DünyaVenesuela BRİKS ölkələri qrupuna qoşulmağın astanasındadır və öz yanacaq və mineral ehtiyatlarını gələcək tərəfdaşlarına təklif etməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bunu ölkənin icraçı vitse-prezidenti Delcy Rodriguez Karakasda deyib.
"Bu yeni dünyada Venesuela öz resursları ilə BRİKS dövlətlər qrupuna qoşulmağın astanasındadır" - deyən Rodriguez ölkəsinin dünyanın ən böyük yanacaq yataqlarına malik olduğunu bildirib.
"Gündəlik üç milyon barel neft hasilatı ilə bizim ehtiyatlarımız təxminən üç əsrə kifayət edəcək", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31