Kanada səfiri İran XİN-ə çağırıldı

Kanadanın SEPAH-ı terror təşkilatı elan etməsi səbəbindən bu ölkənin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb. 

Olaylar xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Ukraynanın gələcəyi NATO-dadır - Miller

"Kanadanın SEPAH-la bağlı qəbul etdiyi bu qərar beynəlxalq hüququn prinsip və normalarını pozan zərərli təxribatdır və sadəcə soyqırım rejiminə, terrorçulara, regional sülhün, sabitliyin düşmənlərinə hədiyyədir", - İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani sosial şəbəkə hesabında yazıb.

Kanada səfirinə bildirilib ki, Tehran cavab hüququnu özündə saxlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31