Rəfah şəhərinin 70%-i məhv edildi

Fələstin anklavının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfahda İsrail ordusunun bombardmanları və atəşi nəticəsində binaların 70%-dən çoxu dağılıb.

Olaylar bildirir ki, bu barədə şəhərin meri Əhməd Sufi deyib.

"İsrail silahlı qüvvələri Rəfahı və onun qaçqın düşərgələrini sistemli şəkildə məhv edir və bunun ən son nümunəsi tamamilə dağıdılmış Əl-Səudi ərazisidir", - o bildirib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31