Fransa Ermənistandan sonra bu ölkəyə də özüyeriyən artilleriya sistemi satıb

Estoniya Fransadan 12 ədəd "Sezar" özüyeriyən artilleriya sistemi alacaq.

Olaylar bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Estoniya Müdafiə İnvestisiya Mərkəzindən qeyd edilir ki, 6 ədəd 155 mm-lik özüyeriyən silah gətirilməli, qalanı isə 2025-ci ilin ortalarına qədər gətiriləcək. Silahın qiyməti isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Fransa adıçəkilən silahlardan Ermənistana da verib. Onlar 15 ay ərzində İrəvana çatdırılacaq. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31