Ərdoğan Baydenlə NATO sammiti çərçivəsində GÖRÜŞƏCƏK

Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında əvvəllər təxirə salınmış danışıqlar iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində baş tuta bilər.

Olaylar.az xəbər verir ki, bu barədə "Habertürk" mənbələrə istinadən məlumat yayıb. 

Nəşr qeyd edir ki, sammitin əsas mövzusu Rusiya-Ukrayna münaqişəsi olacaq.

Telekanal vurğulayıb ki, Ərdoğan NATO liderlərinin diqqətini İsrail-Fələstin münaqişəsinə cəlb edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31