Fransa Ermənistana 75 milyon avro ayıracaq
20 İyun 2024 12:14 DünyaFransanın İnkişaf Agentliyi Asiya İnkişaf Bankının dəstəyi ilə büdcə kəsirinin kompensasiyası üçün Ermənistana 75 milyon avro həcmində kredit ayıracaq.
Olaylar xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu barədə sənədin iyunun 26-da imzalanacağı planlaşdırılır.
Qeyd edilir ki, məbləğ dövlət büdcəsinin müvafiq xərclərinin ödənilməsi baxımından olduqca əhəmiyyətlidir. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31