Ekvador zülmətə qərq olub: əhali susuz, nəqliyyat iflic vəziyyətdə qalıb
20 İyun 2024 12:09 DünyaEkvador tamamilə zülmətə qərq olub, ölkənin hər yerində elektrik enerjisinin kəsilməsi qeydə alınıb.
Olaylar bu barədə ölkənin yerli KİV-ləırinə istinadfən xəbər verir.
Məlumata görə, buna səbəb elektrik xətlərində baş verən nasazlıqdır.
Paytaxt Kitoda metro işləmir. Həmçinin, işıqforların işləməməsi şəhərdə nəqliyyat sıxlığına səbəb olub. Ölkədə internet xidmətlərində fasilələr müşahidə olunur.
Qeyd edək ki, Ekvador bir neçə aydır, enerji sahəsində ağır böhran yaşayır. Quraqlıq səbəbindən su elektrik stansiyalarının işləməməsi və Kolumbiyadan elektrik enerjisi tədarükünün dayandırılması vəziyyəti daha da ağırlaşdırıb. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31