Almaniya Aİ-nin Rusiyaya qarşı sanksiya paketini blokladı - KİV
20 İyun 2024 11:41 DünyaAlmaniya müvafiq layihəyə təklif etdiyi dəyişikliyin qəbul edilməsinə baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiya paketini bloklayıb.
Olaylar bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Almaniya tərəfinin qərarı Xarici İşlər Nazirliyi ilə Kansler Dəftərxanası arasındakı fikir ayrılıqları ilə izah olunur.
Buna səbəb isə paketdə üçüncü ölkələrin Almaniyadakı törəmə şirkətlərində Rusiya şirkətləri və ya vətəndaşlarının payçı qismində iştirakını qadağan edən müddəanın yer almasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31