Rusiya Qafanda Baş konsulluq açacaq
20 İyun 2024 11:39 Dünya"Yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını planlaşdırırıq".
Olaylar bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib:
"Ermənistanla yanaşı, Maldivdə də Baş konsulluğun açılmasına qərar verilib. Hazırda İndoneziyanın Bali adasında da analoji statusda diplomatik nümayəndəliyin fəaliyyətə başlaması üçün işlər aparılır. Hazırda bu məqsədlə son dərəcə nəhəng təşkilati-texniki işlər aparılır", - İvanov fikirlərini yekunlaşdırıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31