O, Fransa qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinə danışdı- ÖZƏL

Marin Le Penin təmsil olunduğu və sorğuları Fransada növbədənkənar parlament seçkilərində qələbə qazanacağını proqnozlaşdıran Milli Mitinq partiyasının lideri Cordan Bardella Ukraynaya hərbçilərin göndərilməsinin əleyhinə olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, onun jurnalistlər qarşısında çıxışı BFMTV tərəfindən yayımlanıb.

"Respublika prezidentinin keçdiyi qırmızı xətlər var, lakin mən sabah baş nazir kimi onları keçməyəcəyəm" deyə Bardella bildirib. 

Partiya lideri qeyd edib ki, prezidentdən fərqli olaraq o, Fransa qoşunlarının Ukraynaya daxil olmasının əleyhinədir. Onun sözlərinə görə, Fransa sakinlərinin əksəriyyəti belə qərarın əleyhinədir və Ukraynanın özü də əsgər göndərilməsini tələb etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31