Almaniya on il ərzində rəqabətqabiliyyətlilik reytinqində 18 pillə geriləyib- ÖZƏL

Almaniya 2014-cü ildən bəri dünyanın aparıcı iqtisadiyyatlarının rəqabətqabiliyyətlilik reytinqində 18 pillə geriləyib. 

Olaylar.az xəbər verir ki, bu barədə IMD beynəlxalq biznes məktəbinin analitiklərinin hesabatında bildirilir.

Sənəddən belə çıxır ki, Almaniya on il əvvəl reytinqdə altıncı yeri tuturdusa, artıq 2024-cü ildə ölkə 24-cü yerə enib. Üstəlik, təkcə son bir ildə Almaniya bu siyahıda iki mövqe itirib.

Hesabatda qeyd olunub ki, ekspertlər Almaniya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələrini daxili iqtisadiyyat və əmək bazarı kimi meyarlar əsasında aşağı salıblar. Eyni zamanda, tədqiqatın müəllifləri beynəlxalq müqayisədə alman şirkətlərini və alman hökumət aparatını xüsusilə "inert və çevik" adlandırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31