Rusiya öz peyk bürcünü inkişaf etdirəcək- ÖZƏL

"Kiçik qəsəbələrdə yaşayan insanlara rahat şərait yaratmaq üçün başqa istiqamət də var. Bu, yüksəksürətli internetin inkişafıdır. Peyk bürcünü inkişaf etdirmək lazımdır, biz də bunu edəcəyik və edirik". 

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin qeyd edib.

Qeyd edək ki, çərşənbə axşamı, iyunun 18-də Vladimir Putin işgüzar səfərlə Yakutska uçub. Bildirilib ki, səfər zamanı Rusiya lideri respublikanın informasiya texnologiyaları və kreativ sənaye sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31