Ərdoğan və Putin Astanada görüşə bilər
17 İyun 2024 20:19 DünyaRusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan iyulda Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşə bilər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
"Əgər Türkiyə Prezidenti ŞƏT-in sammitində iştirak edərsə, biz şübhəsiz ki, Rusiya və Türkiyə liderləri arasında hərtərəfli görüş keçirməyə çalışacağıq. Görüşün vaxtı uzanır, həm Moskva, həm də Ankara bunu anlayır", - Uşakov deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31