Papa insan haqlarını pozmaqda ittiham edilib- ÖZƏL
17 İyun 2024 16:23 DünyaPapanın Londonda mülk satışının qanunsuz dinlənilməsinə icazə verdiyi iddiası ilə bağlı şikayətdən sonra BMT Papa Fransisk haqqında təhqiqata başlaya bilər.
Olaylar.az xəbər verir ki, BMT-yə müraciəti əvvəllər dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan britaniyalı maliyyəçi Raffaele Mincionenin vəkilləri hazırlayıb. Bu, Vatikanın maliyyəçinin Londonda daşınmaz əmlak satarkən qiyməti şişirtdiyini deməsindən sonra baş verib.
Mincionenin vəkilləri də öz növbəsində iddia edirlər ki, maliyyəçinin iddia edilən sui-istifadələri ilə bağlı aparılan araşdırma zamanı Papa onun telefonunun dinlənilməsinə icazə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31